Bu gün AVRO-2020-nin seçmə mərhələsində növbəti oyunlar keçirilib. Matc.az saytının məlumatına görə, A, B və H qruplarında yer alan komandalar meydana çıxıb.

Günün 7 görüşünün hamısı eyni vaxtda başlayıb.

A qrupunda ikinci pillənin sahibi çexiya itkisiz irəliləyən lider İngiltərəni qəbul edib. "Dumanlı Albion" təmsilçisi bu matçda da qalib gəlsəydi, final mərhələsinə vəsiqəni rəsmiləşdirəcəkdi. Amma hesabı ingilislərin açdığı oyunda çexlər əzmkar qələbəyə seviniblər. Monteneqro - Bolqarıstan matçında isə hesab açılmayıb.

B qrupunda həm lider Ukrayna, həm də onun ən yaxın izləyicisi Portuqaliya evdə autsayderləri sınağa çəkib. Gözlənildiyi kimi, hər iki oyunda meydan sahibləri rahat qələbə qazanıblar.

H qrupunda çıxış edən Türkiyə yığması doğma azarkeşləri önündə Albaniyanı qəbul edib və minimal hesabla qalib gəlməklə liderliyini qoruyub. Fransa da İslandiya səfərində minimal hesabla üstün olub. Andorra isə gözlənilmədən Moldovaya qalib gəlib.

 

AVRO-2020-nin seçmə mərhələsi

VII tur

11 oktyabr

A qrupu

Monteneqro – Bolqarıstan 0:0

çexiya – İngiltərə 2:1
Qol: Brabeç, 9. Ondraşek, 85 - H.Keyn, 5-pen.

1

İngiltərə

5

4

0

1

20-6

12

2

çexiya

6

4

0

2

11-9

12

3

Kosovo

5

2

2

1

10-10

8

4

Monteneqro

6

0

3

3

3-13

3

5

Bolqarıstan

6

0

3

3

5-11

3

 

B qrupu

Ukrayna – Litva 2:0
Qol: Malinovski, 29; 58.

Portuqaliya – Lüksemburq 3:0
Qol: B.Silva, 16. Ronaldo, 65. Qedeş, 89.

1

Ukrayna

6

5

1

0

13-1

16

2

Portuqaliya

5

3

2

0

13-4

11

3

Serbiya

5

2

1

2

10-12

7

4

Lüksemburq

6

1

1

4

5-11

4

5

Litva

6

0

1

5

4-17

1

 

H qrupu

Türkiyə - Albaniya 1:0
Qol: C.Tosun, 90.

İslandiya – Fransa 0:1
Qol: Jiru, 66-pen.

Andorra – Moldova 1:0
Qol: Vales, 63.

1

Türkiyə

7

6

0

1

15-2

18

2

Fransa

7

6

0

1

20-4

18

3

İslandiya

7

4

0

3

10-10

12

4

Albaniya

7

3

0

4

10-10

9

5

Andorra

7

1

0

6

1-14

3

6

Moldova

7

1

0

6

2-18

3

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest