12 Oktyabr 2019, 01:50
AVRO-2024
Futbol üzrə İngiltərə yığmasının 10 illik seriyasına son qoyulub. Matc.az xəbər verir ki, sözügedən komanda 2009-cu ildən bəri ilk dəfə dünya çempionatı və Avropa çempionatının seçmə mərhələləri çərçivəsində keçirilən oyundan məğlub ayrılıb.
Bu, ingilislərin Aç-2020-nin seçmə mərhələsi çərçivəsində çexiyaya qarşı keçirdiyi oyunda qeydə alınıb. Matçda hesabı ingilislər açsa da, qalan dəqiqələrdə iki qol vuran çexlər əzmkar qələbə əldə ediblər – 2:1.
İngiltərə yığması bundan əvvəlki məğlubiyyətini 10 il öncə – 2009-cu ilin 9 oktyabrında Ukraynadan almışdı. Dç-2010-nun seçmə mərhələsi çərçivəsində keçirilən həmin oyunda ingilislər minimal hesabla məğlub olmuşdular.