AVRO-2020-nin seçmə mərhələsində sabah Azərbaycan millisini qəbul edəcək Macarıstan yığmasının final mərhələsinə vəsiqə qazanmaq üçün qələbədən başqa çarəsi yoxdu. Matc.az saytının məlumatına görə, macarların işi bununla kifayətlənməyəcək.

Yerli KİV komandalarının hansı yollarla Avropa çempionatına yollana biləcəyini araşdırıb. Macarıstan yığması son iki qarşılaşmadan qalib ayrılsa belə, digər oyunların nəticəsini gözləməli olacaq. Həmkarlarımız, xüsusən də, Slovakiyanın büdrəməsinə ümid etməlidilər: "Hər iki görüşdə qələbə qazansaq belə, Slovakiyanın nəticəsi bizim vəziyyətimizi müəyyənləşdirəcək. Yəni taleyimiz təkcə öz əlimizdə yox, həm də Xorvatiya və Azərbaycanın əlindədi. çünki onlardan biri mütləq slovakları büdrətməlidi".

 

Macarıstanı final mərhələsinə daşıyacaq ehtimallar:

1. Macarıstan son iki matçda Azərbaycan və Uelsi məğlub etməli...

... Slovakiya isə Xorvatiyaya və ya Azərbaycana qalib gəlməməlidi.

2. Macarıstan Azərbaycanı məğlub edib Uelslə heç-heçə etsə...

... Slovakiya Xorvatiyanı və Azərbaycanı məğlub etməməli...

... Uels Xorvatiyaya və ya Azərbaycana qarşı xal itirməlidi.

3. Macarıstan Azərbaycanla heç-heçə edib, Uelsi məğlub etsə...

... Slovakiya Xorvatiya və Azərbaycana qalib gəlməməlidi.

4. Macarıstan Azərbaycana qalib gəlib, Uelsə uduzsa...

... Slovakiya Azərbaycan və Xorvatiya ilə görüşlərdə ümumilikdə 1 xal toplamalı...

... Uels Azərbaycan və Xorvatiya ilə oyunlarda 1 xal əldə etməlidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest