Bəhreynlə keçirilən yoldaşlıq görüşü Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşov üçün əlamətdar olub. Qarşılaşmada komandamızın ilk qolunun müəllifi olan forvard 6 illik həsrətə son qoyub.
Bəhreynlə keçirilən yoldaşlıq görüşü Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşov üçün əlamətdar olub. Matc.az saytının məlumatına görə, qarşılaşmada komandamızın ilk qolunun müəllifi olan forvard 6 illik həsrətə son qoyub.
Axırıncı dəfə 2013-cü ildə yığmada fərqlənən Dadaşov ümumilikdə qollarının sayını 5-ə çatdırıb. Bununla bağlı Almaniyanın "Bild" nəşrinı qısa açıqlama verən 28 yaşlı oyunçu AVRO-2020-nin seçmə mərhələsində Macarıstanla sabah keçiriləcək görüşdə də meydana çıxmaq arzusunda olduğunu deyib: "Nəhayət ki, uzun fasilədən sonra Azərbaycan millisinin heyətində qol vurdum. Macarıstanla qarşıdakı matçda da meydana çıxacağıma ümid edirəm".
"Proyssen"in baş məşqçisi Sven Hübşer isə Rüfətin çıxışından məmnun qaldığını və onun komandaya sağlam, həvəsli qayıdacağına ümid etdiyini söyləyib.
Qeyd edək ki, millimiz Bəhreyn üzərində 3:2 hesablı qələbə qazanıb.