Futbol üzrə İtaliya milli komandası Aç-2020-nin seçmə mərhələsi çərçivəsində Yunanıstana 2:0 hesabı ilə qalib gələrək, turnirin filan mərhələsinə vəsiqə qazanıb. Matc.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bu, Roberto Mançininin yetirmələrinin ardıcıl 8-ci qələbəsi olub. 
 
"Skuadra Adzurra" bu uğura 81 il sonra nail olub. Sonuncu dəfə belə hal 1938-ci ildə baş vermişdi. Həmin vaxt komanda Vittorio Pozzonun rəhbərliyi altında ardıcıl 9 oyunda qələbə qazanmışdı.
 
Oktyabrın 15-də italiyalılar səfərdə Lixtenşteyni məğlub etsələr, 81 ildən sonra həmin rekordu təkrarlayacaqlar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest