"Bu, tarixdi, bu, qalmaqaldı". Matc. az saytının xəbərinə görə, bu sözləri  Rusiyanın Match.tv kanalının şərhçisi Elvin Kərimova məxsusdu.

"Matç TV" kanalında Avropa çempionatının seçmə qrup mərhələsində yığmamızın Macarıstanla oyununu şərh edən Kərimov son dəqiqlərdə millimizin vurduğu qola münasibət bildirib. Onun sözlərinə görə, əgər seçmə mərhələ oyunlarına VAR tətbiq olunsaydı, yığmamızın qolu hesaba alınardı: "Təkrardan açıq-aydın görünür ki, Mustafazadə topa əllə toxunuş etməyib. Qol hesab alınmalıdı. Amma hakim Azərbaycanı təəccübləndirəcək qərar verdi".

Qeyd edək ki, yığmamız Macarıstanla səfər matçından minimal hesabla məğlub olub - 0:1.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest