"Məqsədimiz qələbə qazanmaq idi və bunu bacardıq. Bu üzdən oyunu böyük problemə çevirməyə ehtiyac yoxdu". Matc.az saytının məlumatına görə, bunu Macarıstan yığmasının kapitanı Balaş Dzudzak deyib.

Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisini qəbul edən macarlar meydanı 1:0 hesablı qalibiyyətlə tərk edib.

Oyundan sonra yerli mətbuata açıqlama verən Dzudzak mübarizədən qopmamalarına sevindiyini söyləyib: "üç gündən bir oyun keçirdiyin zaman əvvəlki matçdan sonra qısa müddətdə vəziyyəti sabitləşdirmək çox vacibdi. Azərbaycanla oyunu itkisiz başa vurub, noyabrdakı qarşılaşmalara köklənməyi planlaşdırırdıq. Əsas odu ki, Avropa çempionatına vəsiqə uğrunda mübarizədə hələ də sağıq".

Qeyd edək ki, Macarıstan yığması bu qələbə ilə xallarının sayını 12-yə yüksəldib. Millimiz isə 1 xalda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest