Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsindəki rəqibi Slovakiya yığması yoldaşlıq görüşü keçirib. Matc.az saytının məlumatına görə, slovaklar Paraqvayla qarşılaşıb.

Bratislavada keçirilən görüş 1:1 hesabı ilə nəticələnib. Slovakiyanın heyətində Robert Bojenik 59-cu dəqiqədə hesabı açıbsa, cənubi amerikalılar 85-ci dəqiqədə Alexandro Romero ilə status-kvonu bərpa ediblər.

Qeyd edək ki, Slovakiya qrupda son oyununu noyabrın 19-da Azərbaycan millisinə qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest