Fransa millisinin hücumçusu Antuan Qrizmann AVRO-2020-nin seçmə mərhələsində Türkiyə ilə keçirilən oyunu dəyərləndirib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu bəxtlərinin gətirmədiyini düşünür.
O, üzərlərində daha çox çalışmalı olduqlarını vurğulayıb: "İdeal futbol oynamırıq. Deyə bilərik ki, şans bizi tərk edib və indi onu qaytarmalıyıq. Top sadəcə qapıdan keçmək istəmir. Bu, futbol. Dünya çempionatını qazanmaq üçün indiki qədər qol imkanlarına ehtiyac duymadıq. Səbirli olmalı və klublarda daha çox çalışmalıyıq. Millinin hələ iki oyunu var. Moldova və Albaniyanı məğlub etməliyik. Daha iki döyüşdən sonra uğuru qeyd edə bilərik".
Qeyd edək ki, Türkiyə və Fransa H qrupunda 19 xalla liderliyi bölüşür.