"Biz qrupda geridönüş edərək, xarakter göstərdik. Düşdüyümüz durumdan sonra təşviş yaşamadıq". Matc.az saytının məlumatına görə, bunu Uels yığmasının baş məşqçisi Rayan Giqqz deyib.

AVRO-2020-nin seçmə mərhələsində Slovakiya və Xorvatiya ilə heç-heçə edən (1:1) britaniyalılar qitə birinciliyinə vəsiqə şansını davam etdirir. Bunun üçün komanda qrupun son iki matçında Azərbaycan və Macarıstana qalib gəlməli, Slovakiyanın isə Azərbaycan və ya Xorvatiyanı məğlub etməməsinə ümid etməlidi.

Maraqlıdı ki, Giqqz bunun baş verə biləcəyinə inanır: "Futbolçularımla çox vaxt keçirə bilmirəm. Amma meydanda göstərdikləri keyfiyyət məni təəccübləndirmir. çünki məşqlərdə gördüklərimi edirlər. Bizə zərər vura biləcək iki komanda ilə qarşılaşdıq və uduzmadıq. Qrupdakı son iki oyunda mütləq qalib gəlməliyik. Bunlar bizim üçün həyati önəm daşıyır və qələbə çox vacibdi. Biz hər iki matçda qalib gəlib, Xorvatiyanın Slovakiyanı məğlub etməsinə ümid edəcəyik. Təbii ki, bunun asan olmayacağını da bilirik".

Qeyd edək ki, Uels yığmasının növbəti oyunu noyabrın 16-da Bakıda Azərbaycan millisinə qarşı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest