İngiltərə Futbol Assosiasiyası (İFA) UEFA-ya rəsmi müraciət ünvanlayıb. Qurum Bolqarıstanla AVRO-2020-nin seçmə mərhələ oyununda baş verənlərin araşdırılmasını tələb edib. Bolqarıstanlı azarkeşlər oyunun gedişində İngiltərə yığmasının futbolçularına qarşı meymun hərəkətləri ediblər.

İngiltərə Futbol Assosiasiyası (İFA) UEFA-ya rəsmi müraciət ünvanlayıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, qurum Bolqarıstanla AVRO-2020-nin seçmə mərhələ oyununda baş verənlərin araşdırılmasını tələb edib.

Belə ki, bolqarıstanlı azarkeşlər oyunun gedişində İngiltərə yığmasının futbolçuları Rahim Sterlinq və Tiron Minqsə qarşı meymun səsləri çıxarıblar. Buna görə hətta oyun bir müddət dayandırılmışdı.

İngiltərə Futbol Assosiasiyası təqsirkarların cəzalandırılmasını tələb edib: "İngiltərəli oyunçuların Bolqarıstanla oyun zamanı irqçilərin iyrənc təzyiqlərinə məruz qaldıqlarını təsdiqləyə bilərik. Bu, istənilən halda qəbuledilməzdi. Futbolçularımız ilk dəfə deyil ki, belə halla üzləşirlər. Cəmiyyətdə belə bir davranış qəbuledilməzdi. UEFA-dan təcili olaraq araşdırma aparmasını xahiş edirik".

Qeyd edək ki, Bolqarıstan - İngiltərə matçı qonaqların 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest