Aç-2020-nin seçmə mərhələsi çərçivəsində bir neçə gün öncə doğma meydanda İngiltərəyə 0:6 hesabıyla uduzan və həmin oyunda azarkeşlərinin irqçi davranışı ilə gündəmə gələn Bolqarıstan futbolunda islahatlar davam edir. Matc.az xəbər verir ki, matçdan bir gün sonra Bolqarıstan Futbol İttifaqının prezidenti Borislav Mixaylov istefa vermişdi.
 
Bu gün isə Bolqarıstan yığmasının baş məşqçisi Krasimir Balkov istefa verib. 
 
İcraiyyə Komitəsi tərəfindən müvəqqəti prezident təyin olunan vitse-prezident Mixail Kasabov baş məşqçinin istefasını qəbul edib. O, yaxın günlərdə İK-nın yenidən bir araya gələcəyini və baş məşqçi postu ilə bağlı qərar verəcəklərini bildirib.
 
Qeyd edək ki, Balkov yığmanı bu ilin may ayından etibarən çalışdırırdı. Onun rəhbərliyi altında komanda Aç-2020-nin seçmə mərhələsi çərçivəsində keçirdiyi 7 oyundan 3-də heç-heçə edib, 4-də məğlub olub və qrupda sonuncu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest