Bunu "Sabah"ın məşqçisi Rövşən Babayev Premyer Liqanın VIII turunda "Keşlə" ilə 1:1 hesablı heç-heçədən sonra söyləyib. O, bildirib ki, komandada heç bir problem yoxdu

"Azarkeşlərimizə və futbolçularımıza təşəkkür edirəm. çalışdıq ki, baxımlı oyun nümayiş etdirək".
 
Matc.az saytının məlumatına görə, bunu "Sabah"ın məşqçisi Rövşən Babayev Premyer Liqanın VIII turunda "Keşlə" ilə 1:1 hesablı heç-heçədən sonra söyləyib.
 
O, bildirib ki, komandada heç bir problem yoxdu: "Hamımız bir qədər də artıq çalışmalıyıq".
 
Babayev oyun başa çatandan sonra  "Sabah"ın futbolçusu Təmkin Xəlilzadənin referi Kamal Umudlunu vurmaq istəməsinə də münasibət bildirib: "Bu hadisəni araşdıracağıq, bundan sonra qərar verəcəyik. Şəxsi münasibətim isə mənfidi".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest