Babayev rəqibin sayılmayan qolu barədə də öz fikrini bildirib. O, epizodun onlara uzaq olduğunu vurğulayıb: "Bununla bağlı nəsə demək çətindi. Çünki bizdən uzaq idi. İnanıram ki, hakim səhvə yol verməyib".

"İki fərqli hissə oldu. İlk hissədə yaxşı futbol oynadıq". Matc.az saytının məlumatına görə, bu sözlər "Sabah"ın məşqçisi Rövşən Babayevə məxsusdu.
 
Azərbaycan Premyer Liqasının IX turunda "Zirə"ni qəbul edən paytaxt təmsilçisi qələbəni son anda əldən verib – 2:2.
 
Qarşılaşmadan sonra keçirilən mətbuat kofransında Babayevin bərabərlik şərhi belə olub: "İkinci hissədə rəqib bizdən üstün oldu. İkinci hissəyə də əslində normal çıxmışdıq. Göstəriş verilmişdi ki, hücumda tempi azaltmayaq. Ancaq "Zirə" daha yaxşı çıxış etdi".
 
Babayev rəqibin sayılmayan qolu barədə də öz fikrini bildirib. O, epizodun onlara uzaq olduğunu vurğulayıb: "Bununla bağlı nəsə demək çətindi. çünki bizdən uzaq idi. İnanıram ki, hakim səhvə yol verməyib".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest