Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsindəki rəqiblərindən olan Uels yığmasında zədəliləin sayı durmadan artır. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, ada təmsilçisinin daha bir üzvü sıradan çıxıb.

Bu dəfə "Suonsi"nin müdafiəçisi Co Rodan zədələnib. 22 yaşlı mərkəz müdafiəçisi çempionşipin XIII turunda "Brentford"la qarşılaşmada xəsarət alıb. Tibbi müayinədən sonra futbolçunun topuq nahiyəsindən zədə aldığı aşkarlanıb. "Suonsi"nin baş məşqçisi Stiv Kuper gənc oyunçunun 2 ay yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb.

çalışdırıcı yetirməsinin gələn həftə əməliyyat olunacağını söyləyib: "Rodanın əvvəldən zədəsi var idi. "Brentford"la görüşdə bunu təzələdi. Bir neçə ay komandaya kömək edə bilməyəcək. Bu üzdən Uelsin qarşıdakı rəsmi oyunlarını da buraxmalı olacaq".

Bu isə o deməkdi ki, Rodan AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan və Macarıstanla keçiriləcək son oyunlarda iştirak etməyəcək. Ondan əvvəl yarımmüdafiəçi Conni Uilyamsın da ili tamamladığı dəqiqləşmişdi. Kapitan Qaret Beylin durumu isə qeyri-müəyyəndi.

Qeyd edək ki, noyabrın 16-da Bakıda millimizin qonağı olacaq Uels yığması bundan 3 gün sonra Kardiffdə Macarıstanı qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest