"Real"ın hücumçusu Qaret Beylin Londona səfərinin səbəbi müəyyənləşib. Ulduz futbolçu fiziki durumunu yaxşılaşdırmaq üçün bunu edib. Beyl fizioterapevtinin yanına gedərək, onun proqramı sayəsində fiziki gücünü bərpa etmək niyyətindədi.

"Real"ın hücumçusu Qaret Beylin Londona səfərinin səbəbi müəyyənləşib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu fiziki durumunu yaxşılaşdırmaq üçün bunu edib.

Belə ki, Beyl fizioterapevti Denni Mörfinin yanına gedərək, onun proqramı sayəsində fiziki gücünü bərpa etmək niyyətindədi. Onun, xüsusən də, AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan və Macarıstanla keçiriləcək oyunlar üçün bu addıma əl atdığı bildirilir. Beyl vacib qarşılaşmalarda komandasına kömək etməkdə qərarlıdı.

Lakin kapitanın hazırkı durumu Uels millisinin baş məşqçisi Rayan Giqqzi narahat edir. Kritik qarşılaşmalar öncəsi qol "silah"ının oyun praktikasından əziyyət çəkməsi 46 yaşlı mütəxəssisi düşündürən məqamdı.

Qeyd edək ki, noyabrın 16-da Azərbaycan millisinin qonağı olacaq Uels yığması bundan 3 gün sonra Macarıstanı qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest