Bosniya və Herseqovina millisinin baş məşqçisi Robert Prosineçki "Qarabağ"ın qapıçısı Asmir Beqoviçə növbəti dəfə dəvət göndərməyib. Xorvatiyalı mütəxəssis mətbuat konfransında bu qərarına aydınlıq gətirib.
Bosniya və Herseqovina millisinin baş məşqçisi Robert Prosineçki "Qarabağ"ın qapıçısı Asmir Beqoviçə növbəti dəfə dəvət göndərməyib. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, xorvatiyalı mütəxəssis mətbuat konfransında bu qərarına aydınlıq gətirib.
O, müqavilə ilə "Bornmut"a məxsus olan və "Qarabağ"da icarə əsasında çıxış edən 32 yaşlı qolkiperə yaşıl işıq yandırıb: "Beqoviçi milliyə qaytarmağı düşünürdüm. O, yeni oynamağa başlayıb. Asmir Avropa Liqasında heç də pis çıxış etməyən "Qarabağ"a keçdi. Yığmada Beqoviçə yer olacaq".
Qeyd edək ki, Bosniya və Herseqovina yığması AVRO-2020-nin seçmə mərhələsində son oyunlarını bu ay İtaliya və Lixtenşteynə qarşı keçirəcək.