AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində son oyunlarını Azərbaycan və Macarıstana qarşı keçirəcək Uels yığmasının heyəti bu gün açıqlanacaq. Baş məşqçi Rayan Giqqzin bəzi oyunçularla bağlı narahatlığı davam edir.
AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində son oyunlarını Azərbaycan və Macarıstana qarşı keçirəcək Uels yığmasının heyəti bu gün açıqlanacaq. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, baş məşqçi Rayan Giqqzin bəzi oyunçularla bağlı narahatlığı davam edir.
çalışdırıcını, xüsusən də, komandanın kapitanlarından olan Qaret Beylin durumu qayğılandırır. Məsələ burasındadı ki, ötən ay seçmə mərhələnin Xorvatiya ilə matçında (1:1) yenidən zədələnən ulduz futbolçu klubu "Real"ın bu müddət ərzində keçirdiyi görüşlərində iştirak etməyib. Onun çempionlar Liqasında "Qalatasaray" və La Liqada "Eybar"la keçiriləcək qarşılaşmalarda da iştirakı gözlənilmir.
Buna baxmayaraq, Giqqz aparıcı oyunçuya dəvət göndərməyi planlaşdırır. Baş məşqçi Beylin oyunlarda nə qədər meydanda qalmasına məşqlərdən və həkimlərin raportundan sonra qərar verəcək.
Həmçinin yığmanın son matçlarını buraxan yarımmüdafiəçi Aaron Remsinin də oyun praktikasından əziyyət çəkməsi Giqqzi narahat edir. 30 yaşlı orta sahə oyunçusu "Yuventus"un yalnız son iki çempionat görüşündə meydana sonradan daxil olub və formadan uzaqdı.
Ada təmsilçisinin müdafiəçisi Co Rodon ("Suonsi"), yarımmüdafiəçiləri Devid Bruks ("Bornmut") və Conni Uilyams ("Sanderlend") zədəli, digər orta sahə oyunçusu Co Allen ("Stok Siti") isə cəzalı olduğu üçün millimizlə oyunu buraxacaq.
Qeyd edək ki, noybarın 16-da Bakıda Azərbaycan millisinin qonağı olacaq Uels yığması bundan 3 gün sonra Macarıstanı qəbul edəcək.