AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan və Macarıstanla qarşılaşacaq Uels yığmasının heyəti müəyyənləşib. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, baş məşqçi Rayan Giqqz 27 oyunçuya dəvət göndərib.
çalışdırıcı ötən aydakı matçları buraxan Aaron Remsini, eləcə də zədədən əziyyət çəkən Qaret Beyli seçmə mərhələnin son oyunlarına çağırıb.
Qapıçılar: Ueyn Hennessi ("Kristal Pelas", İngiltərə), Denni Uord ("Lester", İngiltərə), Adam Devis ("Stok Siti", İngiltərə)
Müdafiəçilər: Ben Deyvis ("Tottenhem", İngiltərə), Neyl Teylor ("Aston Villa", İngiltərə), Ceyms Lourens ("Senkt-Pauli", Almaniya), Eşli Uilyams ("Bristol Siti", İngiltərə), Reqan Pul ("Milton Keyns Dons", İngiltərə), Kris Mepham ("Bornmut", İngiltərə), Tom Lokyer ("çarlton", İngiltərə), Konnor Roberts ("Suonsi"), Kris Qanter ("Ridinq", İngiltərə)
Yarımmüdafiəçilər: Co Allen ("Stok Siti", İngiltərə), Uill Volks ("Kardiff"), Co Morrell ("Linkoln Siti", İngiltərə), Ethan Ampadu ("Leypsiq", Almaniya), Mettyu Smit ("Kuinz Park Reyncers", İngiltərə), Dilan Levitt ("Mançester Yunayted", İngiltərə), Aaron Remsi ("Yuventus", İtaliya)
Hücumçular: Harri Uilson ("Bornmut", İngiltərə), Daniel Ceyms ("Mançester Yunayted", İngiltərə), Tom Lourens ("Derbi", İngiltərə), Rabbi Matondo ("Şalke", Almaniya), Qaret Beyl ("Real", İspaniya), Tayler Roberts ("Lids", İngiltərə), Kiffer Mur ("Uiqan", İngiltərə), Sem Uoks ("Stok Siti", İngiltərə).
Qeyd edək ki, noybarın 16-da Bakıda Azərbaycan millisinin qonağı olacaq Uels yığması bundan 3 gün sonra Macarıstanı qəbul edəcək.