AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan və Xorvatiya ilə qarşılaşacaq Slovakiya yığmasının heyəti müəyyənləşib. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, baş məşqçi Pavel Hapal 24 oyunçuya dəvət göndərib.
Onlardan 3-ü qapıçı, 7-si müdafiəçi, 11-i yarımmüdafiəçi, 3-ü isə hücumçudu.
Qapıçılar: Martin Dubravka ("Nyukasl", İngiltərə), Dominik Qreyf ("Slovan"), Marek Rodak ("Fulhem", İngiltərə)
Müdafiəçilər: Peter Pekarik ("Herta", Almaniya), Lyubomir Şatka ("Lex", Polşa), Denis Vavro ("Latsio", İtaliya), Milan Şkrinyar ("İnter", İtaliya), Martin Valyent ("Malyorka", İspaniya), Norbert Dyomber ("Peruca", İtaliya), David Hançko ("Sparta", çexiya)
Yarımmüdafiəçilər: Stanislav Lobotka ("Selta", İspaniya), Patrik Qroşovski ("Genk", Belçika), Yan Qrequş ("Minnesota Yunayted", ABŞ), Yuray Kuçka ("Parma", İtaliya), Andrey Duda ("Herta", Almaniya), Matuş Bero ("Vitess", Hollandiya), Marek Hamşik ("Dalyan Yifanq", çin), Laslo Beneş ("Borussiya" Mönhenqladbax, Almaniya), Albert Ruşnak ("Real Salt Leyk", ABŞ), Robert Mak ("Zenit", Rusiya), Lukas Haraşlin ("Lexiya", Polşa)
Hücumçular: Mixal Dyuriş ("Anortosis", Kipr), Robert Bojenik ("Jilina"), Samuel Mraz ("Brondbü", Danimarka)
Qeyd edək ki, noyabrın 16-da Xorvatiyanın qonağı olacaq Slovakiya yığması bundan 3 gün sonra Azərbaycan millisini qəbul edəcək.