"Beyl "Real"ın heyətində son oyunlarda meydana çıxmasa da, onun Azərbaycanla matça hazır olacağına inanıram. O, ötən ay seçmə mərhələnin Xorvatiya ilə matçında yüngül zədə almışdı. Bu, böyük zədə deyildi, amma qısa dönüş zamanı narahatlıq yarada bilər".

"Beyl "Real"ın heyətində son oyunlarda meydana çıxmasa da, onun Azərbaycanla matça hazır olacağına inanıram". Matc.az saytının məlumatına görə, bunu Uels yığmasının baş məşqçisi Rayan Giqqz deyib.

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan və Macarıstanla qarşılaşacaq britaniyalıların heyəti açıqlanıb. Giqqz sonuncu dəfə yığmanın heyətində Xorvatiyaya qarşı matçda meydanda olan hücumçu Qaret Beylə də dəvət göndərib.

"Real" cəbhəsində bu, narazılıq doğursa da, Giqqz yetirməsinin qarşıdakı görüşlərdə iştirakının problem yaratmayacağını düşünür: "O, ötən ay seçmə mərhələnin Xorvatiya ilə matçında yüngül zədə almışdı. Bu, böyük zədə deyildi, amma qısa dönüş zamanı narahatlıq yarada bilər. Qaretlə daim təmasdayam. Azərbaycanla oyuna hazır olacağına əmindi. ümid edirəm ki, La Liqanın növbəti turunda "Eybar"la qarşılaşmada bir neçə dəqiqə də olsa, meydana çıxar. Bu, bizim üçün ideal olar. Onu hər gün izləyirik. Həftəsonundan etibarən daha yaxşı durumda olacağını düşünürəm".

Qeyd edək ki, noyabrın 16-da Azərbaycan millisinin qonağı olacaq Uels yığması bundan 3 gün sonra Macarıstanı qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest