06 Noyabr 2019, 13:05
MPL
"InStat"ın təhlilinə əsasən Azərbaycan Premyer Liqasının X turunun ən yaxşı futbolçusu məlum olub. Matc.az xəbər verir ki, bu, "Qəbələ"nin hücumçusu Davit Volkovdu.
Gürcü futbolçu "Sabah"la görüşdə (1:2) 90 dəqiqə meydanda olub və qolla yadda qalıb. O, 299 göstərici ilə hamını qabaqlayıb. Davit Volkov eyni zamanda ikinci dəfə turun simvolik komandasına düşüb.
Qeyd edək ki, "Qəbələ" X turda öz meydanında "Sabah"a 1:2 hesabı ilə məğlub olub.