07 Noyabr 2019, 10:01
FUTBOL
21 yaşadək futbolçulardan ibarət Ukrayna yığmasının heyətində dəyişiklik olub. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, baş məşqçi Ruslan Rotan Bakı səfəri öncəsi daha bir oyunçuya dəvət göndərib.
Belə ki, Azərbaycan millisi ilə yoldaşlıq görüşündə üz-üzə gələcək ukraynalılarda Donetsk "Olimpik"inin yarımmüdafiəçisi Andrey Kravçuk da heyətə cəlb edilib.
Qeyd edək ki, Ukraynanın U-21 komandası noyabrın 15-də Lvovda Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Danimarka, 19-da isə Bakıda yoxlama görüşündə Azərbaycanla qarşılaşacaq.