21 Dekabr 2025, 10:09
FUTBOL
İtaliyalı məşqçi Pelleqrino Matarazzo İspaniya La Liqasının "Real Sosyedad" klubunun baş məşqçisi təyin edilib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Əvvəllər Matarazzo yalnız Almaniyada çalışıb. O, "Nürnberq", "Hoffenhaym" və "Ştutqart" kimi komandalarda məşqçilik edib.
Qeyd edək ki, "Real Sosyedad"ı bundan əvvəl Serxio Fransisko çalışdırıb.












