UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VIII turunda "Qarabağ"la üz-üzə gələcək İngiltərənin "Liverpul" klubunun futbolçusu Aleksander İsak zədələnib.

Matc.az xəbər verir ki, isveçli hücumçu Premyer Liqanın XVII turunda "Tottenhem"ə qalib gəldikləri (2:1) oyunda sıradan çıxıb.

Görüçün 56-cı dəqiqəsində hesabı açan forvard 4 dəqiqə sonra əvəzlənməli olub. İsakın zədəsinin ciddi olacağı gözlənilir.

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasında "Liverpul"la yanvarın 28-də İngiltərədə üz-üzə gələcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest