Madrid "Real"ının baş məşqçisi Zinəddin Zidan hücumçu Qaret Beylin Uels yığmasına çağırılmasından narahat deyil. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu fransalı mütəxəssis özü deyib.

Zizu bildirib ki, Beyl ötən ay seçmə mərhələ çərçivəsində Xorvatiya ilə matçdan bəri klubun heyətində heç bir oyunda iştirak etməməsinə baxmayaraq, onun milliyə dəvətinə qarşı çıxmayıb.

Ancaq "kral klubu"nun çalışdırıcısı ulduz futbolçunun yenidən zədələnmə ehtimalını da istisna etməyib: "Milli komandası, ölkəsi onu çağırıbsa, bu, onların hüququdu. Uels yığmasının oyunları FIFA-nın təqvimə uyğundu və bununla əlaqədar heç nə edə bilmərik. Futbolçu da sağalmaq istəyir. Bununla bağlı bir şübhə yoxdu. çünki ən çox əziyyət çəkən o özüdü. Həftənin necə keçəcəyini, millidə nələrin olub-olmayacağını birlikdə görəcəyik".

Qeyd edək ki, Uels yığması AVRO-2020-nin seçmə mərhələsində noyabrın 16-da Azərbaycan, 19-da isə Macarıstanla qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest