08 Noyabr 2019, 18:03
FUTBOL
"Neftçi" Premyer Liqanın XI turunda qarşılaşacağı "Keşlə" ilə oyunun hazırlığını başa vurub. Matc.az xəbər verir ki, komanda bu gün "Türk Hava Yolları Futbol Mərkəzi"ndə oyunöncəsi son məşqə çıxıb.
Hazırlıq prosesində toplu və texniki-taktiki çalışmalar yerinə yetirilib.
Qeyd edək ki, sabah "ASCO Arena"da keçiriləcək "Keşlə" – "Neftçi" oyunu saat 17:00-da başlayacaq.