Azərbaycan Premyer Liqasının XI turunda "Qəbələ"nin qonağı olan "Səbail" bir futbolçusunu itirib. Komandanın aparıcı hücumçusu Ağabala Ramazanov növbəti turu buraxmalı olacaq. Buna səbəb milli üzvünün qarşılaşmanın ikinci hissəsində sarı vərəqə alması olub.
Azərbaycan Premyer Liqasının XI turunda "Qəbələ"nin qonağı olan "Səbail" bir futbolçusunu itirib. Matc.az saytının məlumatına görə, komandanın aparıcı hücumçusu Ağabala Ramazanov növbəti turu buraxmalı olacaq.
Buna səbəb milli üzvünün qarşılaşmanın ikinci hissəsində sarı vərəqə alması olub. çünki bu, Ramazanovun cari mövsümdə 4-cü sarı vərəqəsi olub. III turda "Qarabağ", VII turda "Neftçi", VIII turda isə "Sumqayıt"la qarşılaşmada "sarı" alan forvard artıq vərəqə limitini doldurduğu üçün "Sabah"a qarşı XII tur matçını buraxacaq.
Qeyd edək ki, ikinci hissəsi gedən "Qəbələ" - "Səbail" oyununda meydan sahibləri 2:0 hesabı ilə öndədi.