"Albasete"dən Azərbaycan millisinə dəvət olunan Eddi İsrafilov AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində noyabrın 16-da keçiriləcək Azərbaycan - Uels oyununda iştirak edə bilməyəcək. Onun əvəzinə millinin heyətinə "Zirə"nin yarımmüdafiəçisi Elvin Camalov çağırılıb.
"Albasete"dən Azərbaycan millisinə dəvət olunan Eddi İsrafilov AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində noyabrın 16-da keçiriləcək Azərbaycan - Uels oyununda iştirak edə bilməyəcək. Matc.az xəbər verir ki, onun əvəzinə millinin heyətinə "Zirə"nin yarımmüdafiəçisi Elvin Camalov çağırılıb.
Eddi İsrafilovun yığmaya dəvət olunması barədə prosedura uyğun qaydada "Albasete"yə göndərilmiş müraciət məktubu ilə bağlı texniki problem yarandığı üçün klub futbolçunun noyabrın 17-dən etibarən Azərbaycan millisinin düşərgəsinə qoşula biləcəyini bildirib. Məsələ ilə bağlı AFFA tərəfindən FIFA-ya müvafiq qaydada məlumat verilib.
İsrafilov yığmamızın noyabrın 19-da səfərdə Slovakiyaya qarşı keçirəcəyi oyun üçün təşkil olunacaq təlim-məşq toplanışında iştirak edəcək.