"Beneş istisna olmaqla heç kim zədədən şikayət etmədi. Təəssüf ki, Laslo bizimlə qalmadı. Klubun həkimləri ilə məsləhətləşdikdən sonra onu heyətdən kənarlaşdırmaq qərarına gəldik". Matc.az saytının məlumatına görə, bunu Slovakiya yığmasının baş məşqçisi Pavel Hapal deyib.

AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya və Azərbaycanla keçiriləcək oyunlar öncəsi mətbuat konfransı təşkil edən çexiyalı mütəxəssis komandasının son durumu barədə məlumat verib.

50 yaşlı mütəxəssis Uelslə matçda qırmızı vərəqə aldığı üçün cəzalı duruma düşən Norbert Dyomberin yoxluğunu ciddi itki sayıb: "Dyomberin qırmızı vərəqə almasına çox üzüldüm. çünki həmin oyunu əla keçirmişdi. Xorvatiya ilə görüşü buraxacaq. Ancaq Azərbaycanla qarşılaşmada xidmətindən mütləq yararlanacağıq. Onun bizə xeyri dəyəcək. ümid edirəm ki, düzgün oyunlarla seçmə mərhələni uğurlu başa vuracaq və hamımız xoşbəxt olacağıq".

Hapal final mərhələsi şanslarını da dəyərləndirib: "Xorvatiyaya 0:4 hesabı ilə məğlub olduğumuz oyunu müzakirə etmək istəmədik. İnanıram ki, bir daha belə matç olmayacaq. Düzgün taktika ilə oyunçuları həvəsləndirməyə çalışacam. Xorvatiyanın favorit olduğunu bilirik. Ancaq digər tərəfdən rəqib artıq final mərhələsinə adladığını düşünüb, arxayın ola bilər. Qrupda dörd komandanın hələ şansı var. İnanıram ki, xoş sürpriz edəcəyik. Futbol sürprizlərlə doludu. Niyə bu dəfə həmin sürprizi biz yaşatmayaq?"

Qeyd edək ki, noyabrın 16-da Xorvatiyanın qonağı olacaq Slovakiya yığması bundan 3 gün sonra Azərbaycan millisini qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest