"Xorvatiya çox güclüdü. Bu üzdən ilk növbədə yaxşı müdafiə olunmalı və hücuma çox adamla çıxmalıyıq. İlk matçdakı 0:4 hesabından sonra psixoloji hazırlıq vacib olacaq. Pavel Hapal yetirmələrini qələbəyə inandırmalıdı".
"Riyekada ehtiyatlı və taktiki cəhətdən düzgün oynamalıyıq. Komandalar rəqibin səhvini gözləyəcək. Xorvatiya vəsiqəni rəsmiləşdirmədiyindən, asan olmayacaq. Matçın müəyyən hissəsində riskə getməyə hazır olmalıyıq". Matc.az saytının məlumatına görə, bunu slovakiyalı mütəxəssis Martin Şevela deyib.
Hazırda "Zaqlebie" klubunu çalışdıran 44 yaşlı məşqçi AVRO-2020-nin seçmə mərhələsində Slovakiya millisinin qarşıdakı oyunları barədə fikirlərini bildirib.
O, komandanın Xorvatiya və Azərbaycanla oyuna qələbə üçün çıxmasının vacibliyini vurğulayıb: "Xorvatiya çox güclüdü. Bu üzdən ilk növbədə yaxşı müdafiə olunmalı və hücuma çox adamla çıxmalıyıq. İlk matçdakı 0:4 hesabından sonra psixoloji hazırlıq vacib olacaq. Pavel Hapal yetirmələrini qələbəyə inandırmalıdı. Xorvatiya ilə oyunda uğurlu nəticə qazansaq, Azərbaycanla matç əla alınacaq. Belədə futbolçular Azərbaycanla görüşü səbirsizliklə gözləyəcək və hamısı meydana çıxmaq istəyəcək. Azərbaycan qrupun autsayderi olmasına və Bakıdakı 5:1 hesablı qələbəmizə baxmayaraq, onların futbolçuları favoritlərə əziyyət verə biləcəyini göstərib".
Qeyd edək ki, noyabrın 16-da Xorvatiyanın qonağı olacaq Slovakiya yığması bundan 3 gün sonra millimizi qəbul edəcək.