İsveçdə 2019-cu ilin ən yaxşı futbolçusu müəyyənləşib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Mançester Yunayted"in müdafiəçisi Viktor Nilsson-Lindelöf bu ada layiq görülüb.

25 yaşlı oyunçu bununla ardıcıl ikinci dəfə ölkəsində ilin futbolçusu mükafatına yiyələnib. Əvvəllər ardıcıl 10 il bu adı heç kimə verməyən Zlatan İbrahimoviç artıq 3 ildi mükafata sahib ola bilmir.

Qeyd edək ki, bu mükafat 1946-cı ildən İsveç Futbol İttifaqı tərəfindən hər il təqdim edilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest