12 Noyabr 2019, 18:34
FUTBOL
Türkiyənin "Fənərbaxça" klubunun baş məşqçisi Ərsun Yanal əməliyyat olunub. Matc.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Yanalın gözündən əməliyyata məruz qaldığı diqqətə çatdırılıb. 58 yaşlı mütəxəssisin bu üzdən bir müddət istirahət edəcəyi bildirilib.
"Fənərbaxça" Super Liqanın 12-ci turu çərçivəsində səfərdə "Yeni Malatyaspor"la qarşılaşacaq. Noyabrın 24-də keçiriləcək həmin oyuna qədər Ərsun Yanalın işinin başına dönəcəyi ehtimal olunur.