AVRO-2020-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan - Uels matçının təyinatları müəyyənləşib. Matc.az saytının məlumatına görə, UEFA Bakıdakı qarşılaşmaya Almaniyadan olan hakimlər briqadasını göndərəcək.

Görüşü Dəniz Aytəkin idarə edəcək. Ona Eduard Beytinger və Rafael Foltin köməklik göstərəcək. 4-cü hakim funksiyasını Kristian Dinqert yerinə yetirəcək.

Hakimlərin işinə rusiyalı hakim-inspektor Sergey Zuyev qiymət verəcək. Matçın UEFA nümayəndəsi isə Mark Bos (Hollandiya) olacaq.

Qeyd edək ki, noyabrın 16-da baş tutacaq Azərbaycan - Uels qarşılaşması "Bakcell Arena"da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest