Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsində Uelslə oyununa təyinat alan Dəniz Aytəkin kifayət qədər təcrübəli hakimdi. Almaniyanı təmsil edən referi taleyüklü oyunlara göndərilən, dünyanın sayılıb-seçilən hakimlərindəndi.
Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsində Uelslə oyununa təyinat alan Dəniz Aytəkin kifayət qədər təcrübəli hakimdi. Matc.az saytının məlumatına görə, Almaniyanı təmsil edən referi taleyüklü oyunlara göndərilən, dünyanın sayılıb-seçilən hakimlərindəndi.
Türkiyə əsilli Aytəkinin yolu bir dəfə Azərbaycan komandası ilə kəsişib. Belə ki, 2017-18 mövsümündə "Qarabağ"ın Madrid zəfərinin canlı şahidlərindən biri məhz 41 yaşlı referidi. çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionunun "Atletiko" ilə "Vanda Metropolitano"dakı görüşünü məhz o idarə edib. 2017-ci il oktyabrın 31-də baş tutan qarşılaşma 1:1 hesabı ilə nəticələnmişdi. Həmin oyunun 59-cu dəqiqəsində "Qarabağ"ın yarımmüdafiəçisi Pedro Enrikeni qırmızı vərəqə ilə meydandan qovub.
ümumiyyətlə, 2011-ci ildən FİFA referisi statusunu daşıyan Dəniz Aytəkin beynəlxalq arenada 70 oyunda ədalət təmsilçisi olub. Bu mövsüm Avropa Liqasının qrupunda "Malmö" - "Kopenhagen" (1:1), çempionlar Liqasının qrupunda "Lill" - "Valensiya" (1:1), AVRO-2020-nin seçmə mərhələsində isə Rumniya - İspaniya (1:2) görüşlərini idarə edib.
Qeyd edək ki, noyabrın 16-da "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Uels matçı saat 21:00-da başlayacaq.