13 Noyabr 2019, 17:14
FUTBOL
"Atletiko"nun zədəli futbolçusu Şime Vrsalko sağalıb. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, 27 yaşlı müdafiəçi artıq komanda ilə birgə məşqlərə başlayıb. Dizindəki zədəyə görə bu ilin fevralında əməliyyat olunan Vrsalko 9 ay sonra yaşıl meydanlara qayıdıb.
Qeyd edək ki, xorvatiyalı müdafiəçinin "Atletiko" ilə 2022-ci ilin yayına qədər müqaviləsi var.