"Yaxşı oynadığımız matçları düşünməliyik. Xorvatiya ilə eyni keyfiyyətə malik deyilik, ancaq turnir cədvəlində irəliləmək üçün sona qədər mübarizə aparacağıq. Rəqibin heyətində itkilərin olması bizim üçün heç bir rol oynamır".

"İstirahətdən sonra qarşıdakı iki vacib oyunu gözləyirəm". Matc.az saytı xəbər verir ki, bunu Slovakiya yığmasının kapitanı Marek Hamşik deyib.

Zədədən sonra fitness məşqçisinin rəhbərliyi altında bərpa prosesi keçdiyii bildirən ulduz futbolçu AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya və Azərbaycana qarşı keçiriləcək matçlara da münasibət bildirib.

32 yaşlı yarımmüdafiəçi sentyabrda öz meydanlarında Xorvatiyaya 0:4 hesabı ilə uduzduqları oyunu unutduqlarını söyləyib: "Yaxşı oynadığımız matçları düşünməliyik. Xorvatiya ilə eyni keyfiyyətə malik deyilik, ancaq turnir cədvəlində irəliləmək üçün sona qədər mübarizə aparacağıq. Rəqibin heyətində itkilərin olması bizim üçün heç bir rol oynamır. Onların geniş heyətləri və seçim imkanları var. Unutmayaq ki, dünya ikinciləri ilə qarşılaşacağıq. Xorvatiyadan müsbət nəticə ilə ayrıldıqdan sonra Azərbaycanla son matça köklənəcəyik".

Qeyd edək ki, noyabrın 16-da Xorvatiyanın qonağı olacaq slovaklar bundan 3 gün sonra Azərbaycan yığmasını qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest