"Uelslə müqayisədə son iki tur öncəsi bizim üçün vəziyyət əlverişsizdi. Çünki daha güclü rəqiblə qarşılaşacağıq. Üstəlik, səfərdə. Matçın nisbətən kiçik stadionda olmasına baxmayaraq, tribunalardan gələn təzyiqlər futbolçulara təsir edə bilər".

"Xorvatiyaya evdə qalib gəlsəydik, Uelslə matçdakı bərabərliyin mənfi təsiri olmayacaqdı". Matc.az xəbər verir ki, bunu slovakiyalı futbol mütəxəssisi Ladislav Borbeli deyib.

64 yaşlı keçmiş məşqçi Slovakiya yığmasının AVRO-2020-nin seçmə mərhələsindəki şanslarını dəyərləndirib. O, komandadan son görüşlərdə qələbə gözlədiyini, lakin bunun asan başa gəlməyəcəyini vurğulayıb: "Uelslə müqayisədə son iki tur öncəsi bizim üçün vəziyyət əlverişsizdi. çünki daha güclü rəqiblə qarşılaşacağıq. üstəlik, səfərdə. Matçın nisbətən kiçik stadionda olmasına baxmayaraq, tribunalardan gələn təzyiqlər futbolçulara təsir edə bilər. Bizdə belə hallara öyrəşmiş təcrübəli oyunçular var. Komandamız Avropa çempionatına yollanmaq istəyirsə, Xorvatiyada qalib gəlməli və Azərbaycanı fəth etməlidi. Hər iki görüşdə qalib gəlməyin vacibliyi ambisiyalarımızın reallığını göstərir. Final mərhələsinə çıxmaq problemli olacaq".

Qeyd edək ki, noyabrın 16-da Xorvatiyanın qonağı olacaq Slovakiya yığması bundan 3 gün sonra Azərbaycan millisini qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest