"Xorvatiya ilə oyun çox çətin olacaq. Ancaq hər şeyə meydanda aydınlıq gələcək". Bunu Slovakiya yığmasının hücumçusu Robert Bojenik deyib. Gənc forvard yerli mətbuata açıqlamasında AVRO-2020-nin seçmə mərhələsində keçirəcəkləri son oyunlara münasibət bildirib.

"Xorvatiya ilə oyun çox çətin olacaq. Ancaq hər şeyə meydanda aydınlıq gələcək". Matc.az saytının məlumatına görə, bunu Slovakiya yığmasının hücumçusu Robert Bojenik deyib.

Gənc forvard yerli mətbuata açıqlamasında AVRO-2020-nin seçmə mərhələsində keçirəcəkləri son oyunlara münasibət bildirib. 20 yaşlı oyunçu həm Xorvatiya, həm də Azərbaycanla görüşdə qələbəni hədəflədiklərini söyləyib: "Son oyunlara yaxşı hazırlaşmışıq. Bizdən gözləntilərin olduğunu bilirik. İlk növbədə Xorvatiya ilə matçdan qələbə ilə ayrılmalıyıq. ümumilikdə iki həlledici oyun bizi gözləyir. Xəyallarımızı gerçəkləşdirə bilərik".

Qeyd edək ki, noyabrın 16-da Xorvatiyanın qonağı olacaq Slovakiya yığması bundan 3 gün sonra Azərbaycan millisini qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest