Bu gün AVRO-2020-nin seçmə mərhələsində IX tura start verilib. Matc.az saytı xəbər verir ki, A, B və H qruplarında oyunlar keçirilib.
Baş tutan 7 matç final mərhələsinə 5 vəsiqənin taleyini həll edə bilərdi.
Qonşu Türkiyə yığmasına bunun üçün 1 xal kifayət edirdi. H qrupunun lideri olan Şenol Günəşin yetirmələri İslandiyaya uduzmasa, final mərhələsinə vəsiqəni rəsmiləşdirəcəkdi. İslandiya qalib gəlməsə, təkcə Türkiyə yox, Fransa da AVRO-2020-yə yüksələcəkdi. Belə də olub. Qarşılaşma qolsuz bitib və Türkiyə millisi Fransa yığmasıyla birgə qitə birinciliyinə vəsiqə qazanıb. Fransızlar türklərin xal itkisindən yararlanaraq, Moldova üzərində qələbə ilə həm də qrup liderliyini ələ keçiriblər.
A qrupunda İngiltərə Monteneqroya uduzmasa, çexiya isə Kosovonu üstələsə, hər iki komanda vəzifənin öhdəsindən gəlmiş olacaqdı. Belə də olub. İngilislər darmadağınla, çexlər isə əzmkar qələbə ilə istəklərinə çatıblar.
B qrupunda Ukraynadan sonra Portuqaliya da final mərhələsinə yollanmağa yaxın idi. Bunun üçün portuqallar qalib gəlməli, Serbiya da Lüsksemburqla görüşdə xal itirməliydi. Amma həm Portuqaliya, həm də Serbiya qalib gəldiyindən, hər şeyə son turda aydınlıq gələcək.
AVRO-2020-nin seçmə mərhələsi
IX tur
14 noyabr
A qrupu
İngiltərə - Monteneqro 7:0
Qol: O.çemberleyn, 11. H.Keyn, 19; 24; 37. Reşford, 30. Sofranaç, 66-öz qapısına. T.Abraham, 84.
çexiya – Kosovo 2:1
Qol: Kral, 71. çelustka, 79 – Nuhiu, 50.
1 |
İngiltərə |
7 |
6 |
0 |
1 |
33-6 |
18 |
2 |
çexiya |
7 |
5 |
0 |
2 |
13-10 |
15 |
3 |
Kosovo |
7 |
3 |
2 |
2 |
13-12 |
11 |
4 |
Monteneqro |
8 |
0 |
3 |
5 |
3-22 |
3 |
5 |
Bolqarıstan |
7 |
0 |
3 |
4 |
5-17 |
3 |
B qrupu
Serbiya – Lüksemburq 3:2
Qol: Mitroviç, 11; 43. Radonyiç, 70 – Rodriqes, 54. Turpel, 75.
Portuqaliya – Litva 6:0
Qol: Ronaldo, 7-pen; 22; 65. Pitsi, 52. Pasiensiya, 56. B.Silva, 63.
1 |
Ukrayna |
7 |
6 |
1 |
0 |
15-2 |
19 |
2 |
Portuqaliya |
7 |
4 |
2 |
1 |
20-6 |
14 |
3 |
Serbiya |
7 |
4 |
1 |
2 |
15-15 |
13 |
4 |
Lüksemburq |
7 |
1 |
1 |
5 |
7-14 |
4 |
5 |
Litva |
8 |
0 |
1 |
7 |
5-25 |
1 |
H qrupu
Türkiyə - İslandiya 0:0
Fransa – Moldova 2:1
Qol: Varan, 35. Jiru, 79-pen – Rata, 9.
Albaniya – Andorra 2:2
Qol: Balay, 6. Manay, 55 – Martines, 18; 48.
1 |
Fransa |
9 |
7 |
1 |
1 |
23-6 |
22 |
2 |
Türkiyə |
9 |
6 |
2 |
1 |
16-3 |
20 |
3 |
İslandiya |
9 |
5 |
1 |
3 |
12-10 |
16 |
4 |
Albaniya |
9 |
4 |
1 |
4 |
16-12 |
13 |
5 |
Andorra |
9 |
1 |
1 |
7 |
3-18 |
4 |
6 |
Moldova |
9 |
1 |
0 |
8 |
3-24 |
3 |