15 Noyabr 2019, 10:35
AVRO-2024
AVRO-2020-nin seçmə mərhələsində Portuqaliyanın Litvanı 6:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada kapitan Kriştianu Ronaldo 3 qola imza atıb. Matc.az saytı xəbər verir ki, 34 yaşlı forvard bununla karyerasında 55-ci het-trikini edib.
O, bunun 9-na millidə nail olub. Maraqlıdı ki, Ronaldo buna qədər sonuncu dəfə bu ilin sentyabrında yenə Litva ilə görüşdə 3 və daha çox qol vurmuşdu.
"Yuventus"un superulduzu həm də Portuqaliya millisindəki qollarının sayını 98-ə çatdırıb. İndi onu rekordçu Ali Daidən (109 qol) cəmi 11 top ayırır.