"Hər dəfə milliyə gələndə keyfiyyətimi ortaya qoydum, gücümdən maksimum istifadə etdim. Məşqçiyə, özümə və hər kəsə çağırılmağa layiq olduğumu sübut etmək üçün daha iki oyunluq imkanım var. İndi yalnız Xorvatiya ilə matçı düşünürəm".
"Baş məşqçi namizədliyimi irəli sürməklə yığmada oynamağa hazır olduğumu təsdiqlədi. Əmin olmasaydı, mənə zəng etməzdi". Matc.az xəbər verir ki, bu sözləri Slovakiya yığmasının müdafiəçisi David Hançko deyib.
"Fiorentina"nın sol cinah oyunçusu ölkəsinin mətbuatına açıqlamasında AVRO-2020-nin seçmə mərhələsindəki son oyunları dəyərləndirib. 22 yaşlı futbolçu məqsədlərinin final mərhələsinə yollanmaq olduğunu söyləyib.
Hançko qrupu birinci pillədə başa vurmağın öz əllərində olduğunu deyib: "Hər dəfə milliyə gələndə keyfiyyətimi ortaya qoydum, gücümdən maksimum istifadə etdim. Məşqçiyə, özümə və hər kəsə çağırılmağa layiq olduğumu sübut etmək üçün daha iki oyunluq imkanım var. İndi yalnız Xorvatiya ilə matçı düşünürəm. Ondan sonra diqqətimi Azərbaycanla görüşə yönəldəcəm. İndi Millətlər Liqası barədə düşünmək istəmirik. Bilirik ki, Xorvatiya və Azərbaycana qalib gəlsək, qrup birincisi kimi, Avropa çempionatına yollanacağıq. Belə bir imkanımız varsa, alternativ variantları nəzərdən keçirməyə ehtiyac yoxdu".
Qeyd edək ki, sabah Xorvatiyanın qonağı olacaq slovaklar noyabrın 19-da millimizi qəbul edəcək.