"Xorvatiya ilə evdəki oyunun nəticəsi bizim üçün ağır oldu. Əslində yaxşı çıxış etdik, keyfiyyətli oyun ortaya qoyduq. İndi yeni bir matçımız var. Xorvatların gücündən, heyətindən xəbərdarıq. Ancaq budəfəki duel fərqli olacaq".
"Klubdakı müsbət ab-havanı yığmaya gətirdiyimi düşünürəm. Əla komandamız var və əhvali-ruhiyyəmiz də yaxşıdı". Matc.az saytının məlumatına görə, bunu Slovakiya yığmasının qapıçısı Martin Dubravka deyib.
30 yaşlı qolkiper AVRO-2020-nin seçmə mərhələsindəki şanslarını dəyərləndirib. "Nyukasl"ın oyunçusu yerli mətbuata açıqlamasında Xorvatiyaya ilk matçdakı 0:4 hesablı məğlubiyyəti xatırladaraq, bu dəfə fərqli oyun göstərəcəklərini söyləyib: "Xorvatiya ilə evdəki oyunun nəticəsi bizim üçün ağır oldu. Əslində yaxşı çıxış etdik, keyfiyyətli oyun ortaya qoyduq. İndi yeni bir matçımız var. Xorvatların gücündən, heyətindən xəbərdarıq. Ancaq budəfəki duel fərqli olacaq. Təbii ki, bu, necə yanaşmağımızdan asılı olacaq. Əvvəlki oyunlarda gördüyümüz işlərin Riyekada da faydalı olacağına inanıram".
Dubravka hesab edir ki, Azərbaycan millisi ilə Bakıda keçirdikləri oyunu təkrarlamaq və yaxşılaşdırmaq onlara uğur gətirər: "Hansı nəticənin nə gətirəcəyi fərziyyələrdi. Belə şeylərə önəm verməməli və qarşıdakı iki oyuna diqqətlə hazırlaşmalıyıq. İnsanlar necə hazırlaşmalı olduğumuz barədə danışır. özümüz nə etmək lazım olduğunu bilirik. Uğur qazanmaq istəyirik. Bunun üçün də Xorvatiya ilə ilk görüşdəkindən fərqli oyun ortaya qoymalıyıq. Uğurun açarı kimi Macarıstan və Azərbaycanla oyunları göz önünə gətirməli və həmin matçlardakı performansımızı inkişaf etdirməliyik. Uşaqlar bütün güclərini göstərsələr, istədiyimizə nail olarıq".
Qeyd edək ki, sabah Xorvatiyanın qonağı olacaq Slovakiya yığması noyabrın 19-da millimizi qəbul edəcək. Slovaklar iyunun 11-də Bakıda keçirilən IV tur matçında yığmamızı 5:1 hesabı ilə məğlub etmişdi.