15 Noyabr 2019, 19:43
AVRO-2024
"Beş gündü ki, toplanışdayıq. Komandadakı əhval-ruhiyyə yaxşıdı. Heyətdə bəzi oyunçular var ki, oynaya bilməyəcək. Bunlara Maksim Medvedev də əlavə olunub. Onun da oynamaq ehtimalı çox azdır. Matçlara baxanda görürük ki, son 5 dəqiqədə məğlub oluruq. Bu görüşlərdə bəxtimiz də gətirməyib. Optimist olmalıyıq ki, qarşıdakı matçlarda yaxşı nəticələr olsun".
Matc.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç Bakıda Uels yığmasına qarşı keçirəcəkləri AVRO-2020-nin seçmə oyunundan öncə mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssis bildirib ki, komandanın əsas oyunçuları sıradan çıxıb: "Onları əvəz etmək asan olmayacaq. ümid edirəm ki, komandaya cəlb olunanlar onları layiqincə əvəz edə biləcəklər".
Xorvatiyalı məşqçi 4 oyunun analizlərinə görə ümidli olduğunu sözlərinə əlavə edib: "Uelslə səfər matçında 85 dəqiqə bir xala layiq idik. Xorvatiyadan xal aldıq. Bəhreyndə isti hava şəraitində qələbə qazandıq. Macarıstanda isə son 15-20 dəqiqə yaxşı oynadıq. Qol vurdurq, amma hakim qeydə almadı".
Yurçeviç start heyəti açıqlamamasının səbəbini açıqlayıb: "Burada hansısa sirri qorumaq kimi fikrim yoxdu. Maksim Medvedevin durumu bəlli deyil. Qalan 9 oyunçunu həmişə demişik".
Mütəxəssis Cavid Hüseynov haqqında da fikirlərini bölüşüb. O, "Keşlə"də çıxış edən Slavik Alxasovun yığmaya çağırılmamasına da toxunub: "Cavidin son oyunlarda komandaya kömək edib. Cavidin oyunlarını izləmişik. Heyəti müəyyənləşdirmək asan deyil. İmkanlarımız da çox deyil. Rəşad Eyyubov klubunda oynamadığı üçün çağırmadıq. Eddi İsrafilov gələ bilmədi və Elvin Camalovu cəlb etdik. Cavid Hüseynov təcrübəli oyunçudur. Slavik Alxasovun oynadığı mövqedə çox futbolçumuz var. Amma bu o demək deyil ki, onun üzərinə qapıları bağlamışıq".
Yurçeviç millidəki debütantlar Elvin Camalovla Vüsal İsgəndərlinin meydanda olmaq ehtimalından da danışıb: "Ola bilər ki, hər iki oynasın. Yaxud biri oynasın, ümumiyyətlə, heç biri oynamasın. Hər ikisi məşqlərdə özlərini yaxşı göstərib və onlardan razı qaldım. Vüsal pozitiv futbolçudur, sürətli reydləri ilə rəqibə narahatlıq yarada bilir. Elvin də mövqeyində aqressivdir. Onlar da digərləri ilə eyni vəziyyətdədir. Şans qazana bilərlər. Oynayıb-oynamalarından asılı olmayaraq gələcəyin futbolçularıdır.