Bu gün futbol üzrə Aç-2020-nin seçmə mərhələsinə yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə 10 qarşılaşma baş tutub.
Azərbaycan millisi də E qrupu çərçivəsində son oyununu keçirib. Yığma Slovakiya millisi ilə üz-üzə gəlib və məğlubiyyətlə üzləşib.
Qrupun digər matçında Uels Macarıstanı qəbul edib və inamlı qələbə sayəsində Aç-2020-yə vəsiqə qazanıb.
I qrupunda Belçika Kipri, Rusiya isə San Marinonu sınağa çəkib və darmadağına seviniblər.
Aç-2020-nin seçmə mərhələsi
19 noyabr
E qrupu
Slovakiya – Azərbaycan 2:0
Qol: Bojenik, 19. Hamşik, 86.
Uels – Macarıstan 2:0
Qol: Remzi, 15; 47.
Xorvatiya – 17, Uels – 14, Slovakiya – 13, Macarıstan – 12, Azərbaycan – 1.
I qrupu
Belçika – Kipr 6:1
Qol: Benteke, 16; 68. De Breyne, 36; 41. Karrasko, 44 – Kristoforu, 51-öz qapısına – İoannu, 14.
San Marino – Rusiya 0:5
Qol: Kuzyayev, 3. Petrov, 19. Mirançuk, 49. İonov, 56. Komliçenko, 78
Şotlandiya – Qazaxıstan 3:1
Qol: Makqinn, 48; 90+1. Neysmit, 64.
Belçika – 30, Rusiya – 24, Şotlandiya – 15, Kipr – 10, Qazaxıstan – 10, San Marino – 0.
G qrupu
Polşa – Sloveniya 3:2
Qol: Şimanski, 3. Levandovski, 54. Qoralski, 81 – Matavs, 14. İliçiç, 61.
Şimali Makedoniya – İsrail 1:0
Qol: Nikolov, 45+2.
Latviya – Avstriya 1:0
Qol: Oss, 65.
Polşa – 25, Avstriya – 19, Şimali Makedoniya – 14, Sloveniya – 14, İsrail – 11, Latviya – 3.
C qrupu
Almaniya – Şimali İrlandiya 6:1
Qol: Qnabri, 19; 47; 60. Qoretska, 43; 73. Brandt, 90+1 - Smit, 7.
Hollandiya – Estoniya 5:0
Qol: Veynaldum, 6; 66; 79. Ake, 19. Boadu, 87.
Almaniya – 21, Hollandiya – 19, Şimali İrlandiya – 13, Belarus – 4, Estoniya – 1.