"Uelsdəki oyun heç-heçə nəticələnsəydi, tribunalardakı insanlar xoşbəxt olardı. Hər qələbə gözəldi. Ancaq indi bu bir işə yaramadı. Təəssüf ki, paralel keçən görüşün nəticəsinə təsir edə bilmədik"
"Digər oyunun nəticəsini sonradan öyrəndik. Qarşılaşmanın gedişində artıq vəziyyətin ürəkaçan olmadığını hiss edirdim. çünki bərabərlik olsaydı, tribunalardakı insanlarda xoşbəxtlik görünərdi". Matc.az saytının məlumatına görə, bunu Slovakiya yığmasının yarımmüdafiəçisi Stanislav Lobotka deyib.
25 yaşlı futbolçu AVRO-2020-nin seçmə mərhələsinin son turunda Azərbaycan millisi ilə keçirilən oyundan sonra yerli mətbuata açıqlama verib. Lobotka qrupun digər qarşılaşmasında Uelsin Macarıstan üzərində qələbəsinə (2:0) təəssüfləndiklərini etiraf edib: "Uelsdəki oyun heç-heçə nəticələnsəydi, tribunalardakı insanlar xoşbəxt olardı. Hər qələbə gözəldi. Ancaq indi bu bir işə yaramadı. Təəssüf ki, paralel keçən görüşün nəticəsinə təsir edə bilmədik. Ancaq yenə də pley-offda bunu bacaracağımıza inanıram".
"Selta"nın oyunçusu millimizi də dəyərləndirib. O, komandamızın zəif olmadığını düşünür: "Birinci hissəni yaxşı keçirdik. Ancaq fasilədən sonra Azərbaycan daha çox oynamağa başladı. Bir təhlükəli hücumları da oldu, az qala hesabı bərabərləşdirəcəkdilər. Əsas məsələ topu itirməmək idi. Amma ikinci hissədə bir qədər irəlilədikdən sonra onu itirirdik. Bu, bizi çox yordu. Axı azərbaycanlı futbolçularının da özlərinə görə keyfiyyətləri var idi. Xorvatlardan boş yerə xal almayıblar. Həmçinin Macarıstan və Uelsə də səfərdə işgəncə vermişdilər. Azərbaycan hörmətə layiq komandadı".
Qeyd edək ki, yığmamızın yer aldığı E qrupundan Xorvatiya və Uels Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.