21 Noyabr 2019, 13:53
AVRO-2024
UEFA AVRO-2020-nin seçmə mərhələsinin 9-cu turu çərçivəsində keçirilən Rumıniya – İsveç oyunu ilə bağlı intizam işi açıb. Matc.az verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Buna oyun zamanı yerli azarkeşlərin İsveç millisinin üzvü Aleksandr İsaka qarşı irqçi şüarlar səsləndirməsi səbəb olub. Qarşılaşmanın 78-ci dəqiqəsində meydana girən 20 yaşlı hücumçu yerli azarkeşlər tərəfindən irqçiliyə məruz qalıb və hakim oyunu bir dəqiqəlik dayandırıb.
Qeyd edək ki, Rumıniya – İsveç matçı qonaqların 2:0 hesablı qələbəsiylə başa çatıb.