22 Noyabr 2019, 22:55
AVRO-2024
UEFA Belçika milli komandasına intizam işi açıb. Matc.az qurumun saytına istinadən xəbər verir ki, buna Belçika millisinin futbolçusu Derdik Boyatanın Aç-2020-nin seçmə mərhələsinin Rusiya ilə oyununda fərqli nömrələri olan formada mübarizə aparması səbəb olub.
Belə ki, Boyatanın mübarizə apardığı formanın kürəyində 23, şortikində isə 4 nömrə yazılıb. Boyatanın əsl forma nömrəsi 4-dü. 23 nömrə isə Mişi Batşuayiyə aiddi. Boyatanın formasındakı səhv fasilədən sonra düzəldilsə də, UEFA bununla bağlı milli komandaya intizam işi açıb. Qurumun qərarı dekabrın 12-də açıqlanacaq.
Rusiya – Belçika matçı qonaqların 4:1 hesablı qələbəsiylə başa çatıb.