Topaz Premyer Liqasında mövsümün rekordu qeydə alınıb. Matç.az saytı xəbər verir ki, XI turun 4 oyununda qapılara 17 top vurulub.

Orta məhsuldarlıq 4,25-ə bərabər olub. "Səbail" "Sabah"ı 4:0, "Keşlə" "Sumqayıt"ı 4:1, "Qarabağ" "Qəbələ"ni 3:1 hesabı ilə yenibsə, "Neftçi" və "Zirə" arasında görüşdə qalib müəyyənləşməyib – 2:2.

Cari mövsüm üçün rekord göstərici olan bu rəqəm Azərbaycan çempionatlarının son ilyarımı üçün ən yüksək məhsuldarlığıdı.

Sonuncu dəfə 2016/17 mövsümünün XXVII turu isə qollarla daha zəngin olub. 2017-ci il aprelin 23-24-də baş tutan 3 görüşdə 13 top vurulub və orta göstərici 4,33-ə bərabər olub. Həmin vaxt "Kəpəz" AZAL-ı, "Qarabağ" "Sumqayıt"ı eyni – 2:1, "Qəbələ" isə "İnter"i 4:3 hesabı ilə udmuşdu. Turun bir matçının nəticəsi isə ləğv edilmişdi. Söhbət "Zirə" – "Neftçi" qarşılaşmasından (2:2) gedir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest