UEFA Çempionlar Liqasında liqa mərhələsinin püşkü atılacaq.
Matc.az xəbər verir ki, Monakoda Bakı vaxtı ilə saat 20:00-da start götürəcək tədbirdə Azərbaycan çempionu "Qarabağ"ın da rəqibi müəyyənləşəcək.
Püşkdən öncə 36 komanda 4 səbətə bölünüb.Təmsilçimiz 4-cü səbətdə yer alıb.
I səbət
PSJ (Fransa), "Real" (İspaniya), "Mançester Siti" (İngiltərə), "Bavariya" (Almaniya), "Liverpul" (İngiltərə), "İnter" (İtaliya), "Çelsi" (İngiltərə), "Borussiya" (Dortmund, Almaniya), "Barselona" (İspaniya)
II səbət
"Arsenal" (İngiltərə), "Bayer 04" (Almaniya), "Atletiko" (İspaniya), "Benfika" (Portuqaliya) "Atalanta" (İtaliya), "Vilyarreal" (İspaniya), "Yuventus" (İtaliya), "Ayntraxt" (Frankfurt, Almaniya), "Brügge" (Belçika)
III səbət
"Tottenhem" (İngiltərə) PSV (Niderland), "Ayaks" (Niderland), "Napoli" (İtaliya), "Sportinq" (Portuqaliya), "Olimpiakos" (Yunanıstan), "Slaviya" (Çexiya), "Budyo Qlimt" (Norveç), "Marsel" (Fransa)
IV səbət
"Kopenhagen" (Danimarka), "Monako" (Fransa), "Qalatasaray" (Türkiyə), "Yunion" (Belçika), "Qarabağ" (Azərbaycan), "Atletik" (İspaniya), "Nyukasl" (İngiltərə), "Pafos" (Kipr), "Kayrat" (Qazaxıstan)